...

Azərbaycanın şimal - qərbində ölümlə nəticələnən yol qəzası olub

Hadisə Materials 10 Oktyabr 2008 19:57 (UTC +04:00)

Azərbaycan, Şəki, 10 oktyabr / , müxbir S. Fətəliyev/ Azərbaycanın şimal-qərbində (paytaxt Bakıdan 360 km məsafədə) yerləşən Şəki şəhərində ölümlə nəticələnən yol qəzası olub.

Trend - un bölgə müxbirinin verdiyi məlumata görə, cümə günü saat 18.30 radələrində Şəki şəhərinin girəcəyində 52 yaşlı Nəsrulla Tahirov idarə etdiyi "ZİL" markalı 55 AC 370 dövlət nömrə nişanlı yük maşınını yolun kənarındakı ağaca çırpıb.

Sürücü hadisə yerində keçinib.

Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan- [email protected]

Xəbər lenti

Xəbər lenti