...

İnquri HES yaxınlığında zəlzələ olub

Hadisə Materials 31 Dekabr 2008 10:58 (UTC +04:00)

Azərbaycan, Bakı, 31 dekabr / Trend müxbir N.Kirtsxalia/ Dünən axşam Gürcüstanda, İnquri HES yaxınlığında yerləşən Cvari kəndində 3,7 bal gücündə zəlzələ qeydə alınıb. Bu haqda Trend -a Gürcüstanın seysmoloji mərkəzindən məlumat veriblər.

Xəbərə əsasən yeraltı təkanlar sonradan iki dəfə təkrar olunub. Episentrdə təkanlar daha çox hiss edilib. Dağıntı və tələfat yoxdur.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti