...

Bakıda Gürcüstan vətəndaşı intihar edib

Hadisə Materials 7 İyul 2009 13:55 (UTC +04:00)

Azərbaycan, Bakı, 07 iyul / Trend , muxbir H.Bagırov /

Bakıda Gürcüstan vətəndaşı intihar edib.

Binəqədi Rayon Polis İdarəsindən çərşənbə axşamı Trend -a verilən məlumata görə, 7-ci mikrorayon, ev 18, mənzil 14 ünvanında yaşayan 29 yaşlı Müşkünaz Bayramova yaşadığı binanın 5-ci mərtəbəsindən özünü atıb.

Bayramova hadisə yerində keçinib.

Hadisənin ailə münaqişəsi zəminində baş verdiyi ehtimal olunur.

Faktla bağlı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin üzünü öldürmə həddinə çatdırma (125-ci) maddəsi ilə cinayət işi açılıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti