Azərbaycan, Bakı, 23 avqust / Trend , C.Babayeva /
Sankt-Peterburq milisi azərbaycanlıların öldürülməsi və yaralanması faktının istintaqına başlayıb. Bu barədə şənbə günü Trend -a zərəçəkənlərin yaxınları məlumat veriblər.
Sankt-Peterburqda cümə axşamı naməlum şəxslər Vasif Ocaqverdiyev (1980-ci il təvəllüdlü) və Arzu Cəfərovu (1981-ci il təvəllüdlü) gecə saatlarında yaşadıqları evin yanında bıçaqlayıblar. Nəticədə Ocaqverdiyev ölüb, Cəfərovun vəziyyəti isə ağırdır. Bu barədə dünən Trend -a mərhumun qohumları məlumat verib.
İlkin ehtimala görə, azərbaycanlılar rus millətçiləri tərəfindən bıçaqlanıblar.
Yaralı Cəfərovun vəziyyəti sabitləşir. Ocaqverdiyevin cəsədi dünən doğulduğu Gədəbəy rayonuna gətirilib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]