Gürcüstan seysmoloqlarına azərbaycanlı həmkarları kömək edəcək

Hadisə Materials 9 Sentyabr 2009 17:53 (UTC +04:00)
Bu gün Azərbaycan mütəxəssis-seysmoloqlarının Gürcüstana gedəcəyi gözlənilir. Gürcüstanın seysmoloji mərkəzindən Trend News-a bildirildiyi kimi, azərbaycanlı mütəxəssislər Tbilisiyə Gürcüstan tərəfində olmayan xüsusi aparatura ilə gələcəklər.
Gürcüstan seysmoloqlarına azərbaycanlı həmkarları kömək edəcək

Gürcüstan, Tbilisi, 09 sentyabr / Trend , müxbir N.Kirsxaliya /

Bu gün Azərbaycan mütəxəssis-seysmoloqlarının Gürcüstana gedəcəyi gözlənilir. Gürcüstanın seysmoloji mərkəzindən Trend -a bildirildiyi kimi, azərbaycanlı mütəxəssislər Tbilisiyə Gürcüstan tərəfində olmayan xüsusi aparatura ilə gələcəklər.

Tbilsiyə gələndən sonra azərbaycanlı və gürcü mütəxəssislər sentyabrın 8-də 8 ballı zəlzələnin episentri yerləşən Oniyə yola düşəcəklər.

Azərbaycanlı və gürcü mütəxəssislər regionda vəziyyəti müşahidə edəcəklər.

Qeyd etmək lazımdır ki, Gürcüstanda dünən 22.10-da 6 ballıq amplituda ilə yeraltı təkanlar təkrarlanıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti