Azərbaycan, Bakı, 19 fevral / Trend , müxbir K.Zərbalıyeva/
Azərbaycan paytaxtında yol qəzasında bir nəfər ölüb, 5 nəfər xəsarət alıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend -a verilən məlumata görə, bu gün saat 03:25 radələrində Tbilisi prospektində, Biləcəri qəsəbə sakini Elməddin Sadıqov idarə etdiyi "Mercedes" markalı avtomobili ağaca vurub.
Nəticədə, hadisə yerinin yaxınlığında olanlardan Bakı şəhər sakini Gülsüm Mirzəyeva ölüb, Siyəzən şəhər sakini Nizami Hacıyev, habelə, sürücü Sadıqov və onun avtomobilindəki sərnişinlər - Bakı şəhər sakinləri Vüqar Abdullayev, Pərviz Qədirov, Novruz İmanov isə xəsarət alıblar və xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı cinayət işi başlanıb.