Azərbaycan, Bakı, 14 sentyabr /Trend, müxbir M.Əliyev/
Bakının Qaradağ rayonunda yerləşən cəzaçəkmə müəssisəsində iranlı məhbus ürək tutmasından ölüb. Bu barədə çərşənbə axşamı Trend-ə Qaradağ rayon Prokurorluğundan məlumat verilib.
Hadisə ötən gün Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 13 saylı Cəzaçəkmə Müəssisəsində qeydə alınıb. İran İslam Respublikasının həmin müəssisədə cəza çəkən vətəndaşı Qulamhüseyn Abdulrazaq saxlanıldığı kamerada ürək tutmasından dünyasını dəyişib.