Gürcüstan, Tbilisi, 2 dekabr /Trend, müxbir N.Kirsxaliya/
Bu gün səhər Tbilisi beynəlxalq aeroportu bir saat ərzində işləməyib. Aeroportun administrasiyasından Trend-ə verilən məlumata görə, hava limanına bomba qoyulması ilə bağlı məlumat daxil olub, bundan sonra bütün sərnişinlər və əməkdaşlar evakuasiya edilib.
Hadisə yerinə mütəxəssislər gəlib. Aeroportun binası polislər tərəfindən mühasirəyə alınıb.
Bir saatdan sonra şübhəli bağlama aşkar edilsə də, onun içində partlayıcı qurğu aşkar edilməyib.
Hazırda aeroport normal rejimdə fəaliyyət göstərir.