Azərbaycan, Bakı, 17 yanvar /Trend, müxbir K.Zərbalıyeva/
Bakıda mağazada partlayış olub, bir nəfər xəsarət alıb.
Fövqəladə Hallar Nazirliyinin rəsmi saytının yaydığı məlumata görə, bu gün səhər saatlarında Binəqədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 200 kvadratmetr olan ikimərtəbəli mağazada yanğınla davam edən partlayış baş verib.
Hadisə zamanı mağazada olan 1 nəfər yanıq xəsarətləri alıb. Yaralı xəstəxanaya aparılıb.
Partlayış nəticəsində 15 kvadratmetr sahədə mağazanın 1-ci mərtəbəsinin yanar konstruksiyaları yanıb, 1-ci və 2-ci mərtəbələrdə pəncərələr sınıb.