...

Sankt-Peterburqda həlak olmuş Azərbaycan vətəndaşının meyiti sabah Vətənə gətiriləcək – baş konsul

Hadisə Materials 8 Fevral 2011 12:20 (UTC +04:00)
Sankt-Peterburqda qaynar su təchizatı borusunun partlaması nəticəsində həlak olmuş Azərbaycan vətəndaşı Cavid Sultanlının meyiti çərşənbə günü Vətənə gətiriləcək. Bu barədə çərşənbə axşamı Trend-ə Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Qüdsi Osmanov məlumat verib.
Sankt-Peterburqda həlak olmuş Azərbaycan vətəndaşının meyiti sabah Vətənə gətiriləcək – baş konsul

Аzərbaycan, Bakı, 8 fevral /Trend, müxbir S.Ağayeva/

Sankt-Peterburqda qaynar su təchizatı borusunun partlaması nəticəsində həlak olmuş Azərbaycan vətəndaşı Cavid Sultanlının meyiti çərşənbə günü Vətənə gətiriləcək. Bu barədə çərşənbə axşamı Trend-ə Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Qüdsi Osmanov məlumat verib.

Smolnı İnstitutunun 4-cü kurs tələbəsi olan Sultanlı yanvarın 24-də qaynar su borusunun partlaması nəticəsində əmələ gələn xəndəyə düşüb. Bundan sonra o, iki həftə Sankt-Peterburq Hərbi-Tibb Akademiyasında müalicə olunub.

Azərbaycanın baş konsulluğu, eləcə də Sultanlının tələbəsi olduğu Smolnı İnstitutunun rəhbərliyi onun müalicə olunmasına hər cür yardım göstəriblər, dəfələrlə xəstəxanada ona baş çəkiblər, həkimlər iki dəfə əməliyyat keçiriblər. Bazar ertəsi axşam o, ürək çatışmazlığından vəfat edib. Bu barədə Osmanov məlumat verib.

Baş konsulun sözlərinə görə, bu gün Smolnı İnstitutunda Sultanlının anım mərasimi keçiriləcək.

"Polyustrovskaya" istilik magistralındakı boruda 1000 millimetr diametrlik qəza 2011-ci il yanvarın 24-də baş verib. Borunun partlaması nəticəsində qaynar su torpağın səthinə dağılıb. Qəza yerinin yaxınlığında yerləşən Smolnı İnstitutundan və uşaq bağçasından 140 nəfər, eləcə də 34 uşaq köçürülüb. Bir az əvvəl bu barədə magistrala nəzarət edən "Peterburq istilik şəbəkəsi" şirkətinin mətbuat xidməti məlumat yayıb.

Xəbər lenti

Xəbər lenti