ABŞ-ın hüquq-mühafizə orqanları çərşənbə günü Cənubi Kaliforniyada "Erməni gücü" (Armenian Power) etnik cinayətkar qrupun 99 üzvünü həbs edib. Trend-in məlumatına görə, bu barədə "Associated Press" ABŞ Prokurorluğunun nümayəndəsi Tom Mrojekə (Thom Mrozek) istinadən məlumat yayıb.
Qrupa qarşı davam edən əməliyyatda yüzlərlə Kaliforniya və federal polis əməkdaşları iştirak edib. Həbslər Qlendal (Glendale) və Şərqi Hollivudda (Los-Anceles sahəsi) həyata keçirilib.
"Erməni gücü"nün üzvləri adam öldürmə, adam öldürməyə cəhd, adam oğurluğu, zorakılıq və digər cinayətlərdə ittiham ediliblər, "RİA Novosti" xəbər verir.
Qrup, həmçinin şəxsi məlumatların oğurlanması və fırıldaqçılıqla məşqul olub, agentlik bildirib.