...

İspaniyada zəlzələdə xəsarət alanlar arasında Azərbaycan vətəndaşları yoxdur - səfirlik

Hadisə Materials 12 May 2011 15:04 (UTC +04:00)
İspaniyada baş verən zəlzələdə Azərbaycan vətəndaşları zərər çəkməyiblər.
İspaniyada zəlzələdə xəsarət alanlar arasında Azərbaycan vətəndaşları yoxdur - səfirlik

Azərbaycan, Bakı, 12 may /Trend, müxbir S.Ağayeva/

İspaniyada baş verən zəlzələdə Azərbaycan vətəndaşları zərər çəkməyiblər.

"Səfirlik yerli hakimiyyətlə əlaqə yaradıb və aydınlaşdırıb ki, zəlzələ zamanı ölənlər və xəsarət alanlar arasında Azərbaycan vətəndaşları yoxdur", - cümə axşamı Trend-ə Azərbaycanın İspaniyadakı səfirliyindən bildirilib.

Zəlzələ İspaniyanın paytaxtı Madridin cənub hissəsinin 350 kilometrliyində baş verib. Yeraltı təkanların gücü 5,1 bal təşkil edib. Son məlumata görə, zəlzələ nəticəsində 10 nəfər, o cümlədən bir körpə həlak olub.

Lorka şəhərində bir neçə ev dağılıb, xəsarət alanların axtarışı aparılır.

Xəbər lenti

Xəbər lenti