Azərbaycan, Bakı, 13 may /Trend, müxbir K.Zərbalıyeva/
Bakıda Qaradağ rayonu ərazisindən keçən magistral qaz kəmərində sızma baş verib.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, sızma zamanı yanğın hadisəsi olmayıb.
Hadisə yerində cəlb edilmiş yanğınsöndürənlər ərazidə növbə çəkiblər.
Qaz sızması müvafiq qurumların mütəxəssisləri tərəfindən 13 may saat 08:00 radələrində aradan qaldırılıb.
İlkin ehtimala görə, sızmaya qaz kəmərində baş vermiş qəza səbəb olub.