Azərbaycan, Bakı, 18 iyun /Trend/
Bakıda qeyri-qanuni keçirilən qumar oyunu aşkar edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, DİN Baş Cinayət Axtarış İdarəsi və Binəqədi RPİ Cinayət axtarış şöbəsinin əməkdaşları Ə.Naxçıvani küçəsində yerləşən, Vüsal Salmanova məxsus "Məkan" çay evində qeyri-qanuni keçirilən qumar (loto) oyunu aşkar ediblər.
Faktla bağlı araşdırma aparılır.