...

Fövqəladə Hallar Nazirliyinin xilasediciləri İsmayıllıdakı təbii fəlakət zamanı 9 nəfəri xilas edib

Hadisə Materials 23 İyun 2011 13:00 (UTC +04:00)
Fövqəladə Hallar Nazirliyinin xilasediciləri İsmayıllı rayonunda baş vermiş təbii fəlakət zamanı 9 nəfəri xilas edib.
Fövqəladə Hallar Nazirliyinin xilasediciləri İsmayıllıdakı təbii fəlakət zamanı 9 nəfəri xilas edib

Azərbaycan, Bakı, 23 iyun /Trend, müxbir K.Zərbalıyeva/

Fövqəladə Hallar Nazirliyinin xilasediciləri İsmayıllı rayonunda baş vermiş təbii fəlakət zamanı 9 nəfəri xilas edib.

Trend-in FHN-in saytına istinadən yaydığı məlumata görə, rayonun İsmayıllı kəndi ərazisindən keçən çayda suyun artması nəticəsində çayı keçmək istəyən avtomobildə və yaxınlıqda yerləşən vətəndaşa məxsus fermanın ərazisində insanların köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Dərhal hadisə yerinə cəlb edilmiş xilasedicilər tərəfindən əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, "QAZ" markalı avtomobilin banında 4 nəfər, fermanın ərazisində isə 5 nəfər çıxılmaz vəziyyətdə qalıb. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi texnika vasitəsilə həmin şəxsləri xilas ediblər.

Rayonda dünəndən leysan yağışların yağması nəticəsində bir neçə kəndi su basıb.

Xəbər lenti

Xəbər lenti