...

Hacıqabul-Bəhramtəpə yolunun 8-ci kilometrində yol təmirə dayanıb - DYP (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 8 İyul 2011 12:50 (UTC +04:00)
Hacıqabul-Bəhramtəpə yolunun 8-ci kilometrində, Kür çayı üzərindəki körpü təmirə dayanıb.
Hacıqabul-Bəhramtəpə yolunun 8-ci kilometrində yol təmirə dayanıb - DYP (ƏLAVƏ OLUNUB)

"Azəryolservis" ASC-nin mətbuat xidmətinin məlumatı əlavə olunub (İlk xəbər saat 12:05-də yayılıb)

Azərbaycan, Bakı, 8 iyul /Trend, müxbir K.Zərbalıyeva/

Hacıqabul-Bəhramtəpə yolunun 8-ci kilometrində, Kür çayı üzərindəki körpü təmirə dayanıb.

Daxili İşlər Nazirliyinin Respublika Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev Trend-ə bildirib ki, körpüdə təmir işləri aparıldığından yolda avtomobillərin hərəkəti hər iki istiqamətdə saat 15:00-dək dayandırılıb.

Əliyev bildirib ki, günün ikinci yarısı yolda avtomobillərin hərəkəti bərpa olunacaq.

Nəqliyyat Nazirliyinin "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəlov Trend-ə bildirib ki, sözügedən yolda dünəndən təmir işlərinə başlanıb. Körpüdə dəmir pilətələr dəyişdirilir.

Mürsəlovun sözlərinə görə, yolda yüksək tonnajlı avtomobillərin hərəkəti körpünün sıradan çıxmasına səbəb olub.

O, yüksək tonnajlı avtomobillərin körpüdən keçməsinin qarşısını almaq məqsədilə dəfələrlə reydlər keçirildiyini və bunun qarşısını almağın mümkün olmadığını bildirib.

Mətbuat xidmətinin rəhbərinin sözlərinə görə, bu hal davam edərsə, yol yenə də dağılacaq.

Mürsəlov yolda avtomobillərin hərəkətinin günorta saatlarında davam etdiriləcəyini bildirib.

Xəbər lenti

Xəbər lenti