Azərbaycan, Bakı, 29 iyul /Trend, müxbir K.Zərbalıyeva/
Qubada avtobus qəza törədib, 10 nəfər xəsarət alıb.
Trend-in Daxili İşlər Nazirliyinin internet saytına istinadən verdiyi məlumata görə, iyulun 28-də saat 23:05 radələrində Quba şəhərinin çıxışında İspik kənd sakini Afər Fərhadov idarə etdiyi "UAZ-3962" markalı avtomaşını dərəyə aşırıb.
Nəticədə xəsarət almış Fərhadov və sərnişinləri - qızı Sonagül, həmyerliləri Asiya Eldarova, Nübar Fərhadova, Kəmalə Fərhadova, Nazənin Fərhadova, Xamirə Qədirova, Firudin Qədirov, Aida Eldarova və Alekseyevka kənd sakini Rəvan Qədirov xəstəxanaya yerləşdiriliblər.
Quba rayon polis şöbəsi tərəfindən araşdırma aparılır.