Azərbaycan, Bakı, 3 avqust /Trend/
Bakıda Dövlət Neft Şirkətinə məxsus boruları oğurlayan şəxs yaxalanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən çərşənbə günü Trend-ə bildiriblər ki, Bakının
Xəzər RPİ 3-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 2-də Zirə qəsəbəsi ərazisindən Dövlət Neft Şirkətinə məxsus 5 ədəd dəmir borunu oğurlayıb idarə etdiyi "KamAZ" markalı avtomaşında aparan onun sürücüsü Beyləqan rayon sakini Əlimurad Həsənov tutulub.
Faktla bağlı araşdırma aparılır.