...

Ramazan ayında üzərində Allah sözü yazılmış yumurta

Hadisə Materials 24 Avqust 2011 14:10 (UTC +04:00)
Ramazan ayında toyuq üzərində "Allah" sözü yazılmış yumurta yumurtlayıb
Ramazan ayında üzərində Allah sözü yazılmış yumurta

Azərbaycan, Bakı, 24 avqust /Trend/

Ramazan ayında Başqırdıstan Respublikasında toyuq üzərində Allah sözü yazılmış yumurta yumurtlayıb. Trend-in məlumatına görə, bu barədə Rusiya KİV-i xəbər verir.

Bunu möcüzədən başqa bir şey adlandırmaq olmaz. Çekmaquşev rayonunda son dərəcə adi toyuq çox qeyri-adi yumurta yumurtlayıb. O, digərləri arasından dərhal seçilir: yumurtanın qabığı hamar deyil, nahamardır, əyriliklər isə ərəb hərflərinə bənzəyir.

"Yumurtanı yerli məscidin imamına göstərdim, o, hərflərin həqiqətən ərəb hərfləri olduğunu, sözün özünün isə Allah demək olduğunu təsdiqlədi", - qeyri-adi tapıntını aşkar edən Flyuza Gindullina deyir.

Qeyri-adi yumurta barədə xəbər bütün Çekmaquşev rayonuna yayılıb.

Flyuzanın özünün isə demək olar indi hamı tanıyır.

"Yumurtadakı ilahi rəmzləri məhz onun görməsi təsadüfi deyil. Son yarım il ərzində bu qadın işdən sonra yanımıza gələrək Quranı oxumaq üçün ərəb hərflərini öyrənir. Bununla da Allah ona işarə verib və onun əqidəsi daha da möhkəmlənib", - yerli məsciddən bildiriblər.

Hazırda qeyri-adi yumurta Flyuzanın evində qorunub saxlanılır.

Yeri gəlmişkən, oxşar hadisə bir il əvvəl Starobaltaçevo kəndində də baş verib: müsəlmanların əsas bayramı olan Qurban bayramında daha bir toyuq az qala bütün Başqırdıstanı təəccübləndirmişdi. Qeyri-adi yumurtanın qabığı da nahamar idi, qəribə əyriliklər isə "Allah" sözünü əmələ gətirirdi.

Xəbər lenti

Xəbər lenti