...

Bakı polisi axtarışda olan iki nəfəri saxlayıb

Hadisə Materials 14 Oktyabr 2011 11:29 (UTC +04:00)
Bakı polisi axtarışda olan iki nəfəri saxlayıb.
Bakı polisi axtarışda olan iki nəfəri saxlayıb

Azərbaycan, Bakı, 14 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/

Bakı polisi axtarışda olan iki nəfəri saxlayıb.

Bakı şəhər Baş Polis İdarəsindən cümə günü Trend-ə verilən məlumata görə, Xəzər rayon Polis İdarəsinin (RPİ) 1-ci polis bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 177-ci (oğurluq), 178-ci (dələduzluq) və 320-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə axtarışda olan Nahid Aslanov saxlanılıb.

Nərimanov RPİ-nin 17-ci polis bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 228-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddəsi ilə axtarışda olan Şəhriyar Axundov yaxalanıb.

Xəbər lenti

Xəbər lenti