...

Bakıda Lokomotiv deposunun rəisi güllələnib

Hadisə Materials 4 Noyabr 2011 12:06 (UTC +04:00)
Bakıda Lokomotiv deposunun rəisi güllələnib.
Bakıda Lokomotiv deposunun rəisi güllələnib

Azərbaycan, Bakı, 4 noyabr /Trend, müxbir K.Zərbalıyeva/

Bakıda Lokomotiv deposunun rəisi güllələnib.

Nizami rayon prokurorunun böyük köməkçisi Mobil Şəfiyev cümə günü Trend-ə bildirib ki, bu gün səhər saat 10:00 radələrində 1934-cü il təvəllüdlü Dadaşov Heydər İslam oğlu Böyük Şor Lokomotiv deposunun inzibati binasında deponun rəisi Ocaqverdiyev Kamal İsak oğluna "Makarov" markalı tapança ilə atəş açaraq ona ağır xəsarət yetirib.

Ocaqverdiyev 3 saylı şəhər kliniki xəstəxanasına aparılıb.

Dadaşov şübhəli şəxs qismində saxlanılıb.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) və 228-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb.

Prokurorluqdan Trend-ə verilən məlumata görə, Dadaşov deponun kadrlar şöbəsinin rəisi işləyib. Bir il yarım öncə təqaüd yaşına çatdığı üçün vəzifəsindən azad olunub.

Dadaşov istintaqa ilkin ifadəsində bildirib ki, deponun rəisi ona işdən çıxması ilə bağlı məcburi ərizə yazdırıb. Bu səbəbdən də özünə məxsus silahla Ocaqverdiyevə 6 dəfə atəş açıb. Güllələrdən 3-ü rəisə dəyib.

Xəbər lenti

Xəbər lenti