...

PKK yaraqlıları neftçilərə hücum ediblər, ölənlər var

Hadisə Materials 24 Noyabr 2011 14:56 (UTC +04:00)
Türkiyənin Batman şəhərində Kürd Fəhlə Partiyasının (PKK) yaraqlıları xarici şirkət tərəfindən işlənən yataqda neftçilərə hücum ediblər.
PKK yaraqlıları neftçilərə hücum ediblər, ölənlər var

Azərbaycan, Bakı, 24 noyabr / Trend, müxbir A.Tağıyeva/

Türkiyənin Batman şəhərində Kürd Fəhlə Partiyasının (PKK) yaraqlıları xarici şirkət tərəfindən işlənən yataqda neftçilərə hücum ediblər. Trend-in məlumatına görə, bu barədə Türkiyənin "Zaman" qəzeti xəbər yayıb.

Hücum nəticəsində üç fəhlə həlak olub.

Türkiyə ilə PKK arasında münaqişə 25 ildən artıqdır davam edir. Bu münaqişə 40 mindən artıq insanın həyatına son qoyub. PKK BMT, eləcə də Ankaranın tamhüquqlu üzv kimi daxil olmağa çalışdığı Aİ tərəfindən terror təşkilatı kimi tanınıb.

Xəbər lenti

Xəbər lenti