...

Bakıda piyadaların məsuliyyətsizliyinə görə yol qəzası baş verib (VİDEO)

Hadisə Materials 21 Dekabr 2011 17:59 (UTC +04:00)
Bakıda piyadaların məsuliyyətsizliyi və yol hərəkəti qaydalarına riayət etməməsi bir ailənin faciəsinə səbəb olub.
Bakıda piyadaların məsuliyyətsizliyinə görə yol qəzası baş verib (VİDEO)

Azərbaycan, Bakı, 21 dekabr /Trend, müxbir K.Zərbalıyeva/

Bakıda piyadaların məsuliyyətsizliyi və yol hərəkəti qaydalarına riayət etməməsi bir ailənin faciəsinə səbəb olub.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov Trend-ə bildirib ki, bu görüntü Təhlükəsiz Şəhər Xidmətinin kameraları vasitəsilə qeydə alınıb.

Yolu keçən qadının tələskənliyi və diqqətsizliyi onun yük maşınının altında qalması ilə nəticələnib. Həyat yoldaşının maşının altında qalmasından özünü itirən ata azyaşlı övladının əlini buraxaraq onu da təhlükə ilə üzbəüz qoyur. Yolun əks hissəsinə keçən azyaşlı xoşbəxtlikdən təhlükədən xilas ola bilir.

Get the Flash Player to see this player.
Xəbər lenti

Xəbər lenti