Azərbaycan, Bakı, 28 dekabr / Trend, müxbir K.Zərbalıyeva/
Tərtərdə ağır yol qəzası olub, ölən və xəsarət alanlar var.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, dekabrın 27-də saat 20:30 radələrində Tərtər rayonunun Düyərli kəndi ərazisində, rayon sakinləri Pərviz Bayramovun idarə etdiyi "Mercedes" və Arif Abdullayevin idarə etdiyi "VAZ-2107" markalı avtomaşınlar toqquşub.
Xəsarət almış Abdullayev və sərnişini İlqar Qasımov habelə Bayramovun xəsarət almış sərnişini Eyvaz Hüseynov xəstəxanaya yerləşdiriliblər. Qasımov orada ölüb, Abdullayevin və Hüseynovun vəziyyətləri isə qənəaətbəxşdir.