Azərbaycan, Bakı, 2 yanvar /Trend, müxbir E.Mehdiyev/
Tovuz rayon sakini ov tüfəngindən atəş açaraq özünü öldürüb.
Trend-in DİN-in rəsmi saytına istinadən yaydığı məlumata görə, yanvarın 1-də Tovuz rayonunun Qəribli kənd sakini Fərmayıl Hacıyev sərxoş halda evindən qırma yarası ilə xəstəxanaya gətirilib və orada ölüb.
Hacıyevin ov tüfəngindən atəş açaraq özünü öldürməsi müəyyən edilib, evinə baxış zamanı 1 ədəd ov tüfəngi aşkar edilərək götürülüb.
İlkin yoxlama prokurorluq tərəfindən aparılır.