...

Azərbaycanda son iki gündə 4 intihar hadisəsi qeydə alınıb

Hadisə Materials 16 Yanvar 2012 10:04 (UTC +04:00)
Azərbaycanda son iki gündə 4 intihar hadisəsi qeydə alınıb.
Azərbaycanda son iki gündə 4 intihar hadisəsi qeydə alınıb

Azərbaycan, Bakı, 16 yanvar /Trend müxbir K.Zərbalıyeva/

Azərbaycanda son iki gündə 4 intihar hadisəsi qeydə alınıb.

Göyçay rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, Göyçay şəhəri, Hüsü Hacıyev küçəsi, 13 a ünvanında yaşayan, 1988-ci il təvəllüdlü Malik İbrahimov yanvarın 14-də sirkə turşusu içərək intihar edib.

Ağır vəziyyətdə Göyçay Mərkəzi Rayon Xəstəxanasına çatdırılan İbrahimov orada dünyasını dəyişib.

Həmin gün Sumqayıt şəhəri 9-cu mikrorayon, ev 74, mənzil 17 ünvanında yaşayan 1962-ci il təvəllüdlü İlqar Rəhim oğlu Rəhimov yaşadığı doqquz mərtəbəli binanın damında özünü asıb.

Yanvarın 15-də Nərimanov rayonu, Məlik Məmmədov küçəsi, ev 12, mənzil 13-də kirayədə yaşayan Rasim adlı şəxs yaşadığı evdə özünü asaraq intihar edib.

Ağstafanın Xətai kənd sakini Xəyal Nəsibov yaşadığı evin həyətində özünü asaraq intihar edib.

Hər dörd fakt üzrə rayon prokurorluqlarında Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırma (125-ci) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.

Xəbər lenti

Xəbər lenti