...

Türkiyənin hərbi təyyarəsi Egey dənizinə düşüb

Hadisə Materials 18 Yanvar 2012 09:47 (UTC +04:00)
Türkiyənin İzmir vilayəti yaxınlığında hərbi təyyarə qəzaya uğrayıb.
Türkiyənin hərbi təyyarəsi Egey dənizinə düşüb

Azərbaycan, Bakı, 18 yanvar /Trend/

Türkiyənin İzmir vilayəti yaxınlığında hərbi təyyarə qəzaya uğrayıb.

Trend-in Türkiyə KİV-inə istinadən verdiyi məlumata görə, hərbi təlim təyyarəsində pakistanlı pilot və türkiyəli pilotluğa namizəd olub.

Türkiyə HHQ-nin yüngül "Cessna-Т37С" qırıcı təyyarəsi bazar ertəsi, yanvarın 16-da Egey dənizi üzərində təlim uçuşunu həyata keçirərkən itib.

Xilasetmə əməliyyatı zamanı təyyarə suyun 125 metr dərinliyində aşkar edilib.

Əməliyyat rəhbərlərinin fikrincə, iki pilot təyyarəni tərk edə bilməyiblər və çox güman ki, hələ də Egey dənizinin dibində olan təyyarənin içərisindədirlər.

Təyyarənin qəzaya uğramasının səbəbləri hələ məlum deyil.

Türk hərbiçiləri insidentin səbəblərini araşdırırlar.

Xəbər lenti

Xəbər lenti