...

Qusarda baş verən qətlin təfərrüatları məlum olub (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 24 Yanvar 2012 10:31 (UTC +04:00)
Qusarda 65 yaşlı kişi evində qətlə yetirilib.
Qusarda baş verən qətlin təfərrüatları məlum olub (ƏLAVƏ OLUNUB)

Qətlin təfərrüatları barədə məlumat əlavə olunub (ilk xəbər saat 09:30-da yayılıb)

Azərbaycan, Bakı, 24 yanvar /Trend, müxbir K.Zərbalıyeva/

Qusarda 65 yaşlı kişi evində qətlə yetirilib.

Qusar rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, yanvarın 23-dən 24-nə keçən gecə rayonun Gədə Zeyxur kənd sakini, 1947-ci il təvəllüdlü Ağayev Novruzbəy Rəşid oğlunun yaşadığı evdə üzərində zorakılıq əlamətləri olan meyiti tapılıb.

Onun evdə tək yaşadığı bildirilir.

Cinayətin kim tərəfindən törədildiyi hələlik məlum deyil.

Faktla bağlı Qusar rayon prokurorluğunda Cinayət Məcəlləsinin qəsdən adam öldürmə (120.1-ci) maddəsi ilə cinayət işi başlanıb.

Qusar rayon prokuroru Zahid Vəliyev Trend-ə bildirib ki, qətlə yetirilən şəxs tüfeyli həyat tərzi sürüb, mütəmadi alkoqolllu içki qəbul etdiyi üçün ailəsindən ayrı yaşayıb.

Prokurorun sözlərinə görə, qətl baş verən gecə mərhum bir neçə şəxslə birgə öz mənzilində içki məclisi qurub. Hadisə yerinin müayinəsi zamanı məlum olub ki, onlar ən azı 3 nəfər olublar.

İlkin ehtimala görə, spirtli içki qəbul edən tanışlar arasında mübahisə yaranıb və qətl də bu səbəbdən baş verib.

Vəliyev şübhəli, təqsirləndirilən şəxs qismində saxlanılan olmadığını bildirib.

Faktla bağlı istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Xəbər lenti

Xəbər lenti