Azərbaycan, Bakı, 28 yanvar /Trend/
Ağstafa rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Trend-in şənbə günü DİN-in saytına istinadən yaydığı məlumata görə, yanvarın 27-də saat 09:00 radələrində Ağstafa rayonu ərazisində Dağkəsəmən kənd sakini Həsən Quşçiyevin idarə etdiyi "VAZ-2106" və Xaçmaz rayon sakini Xəyaməddin Həsənovun idarə etdiyi "MAN" markalı avtomaşınlar toqquşub, sonradan Həsənov idarəetməni itirdiyindən avtomaşını qarşıdan gələn "QAZ-3110" markalı avtomaşına çırpılıb.
Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş Quşçiyev orada ölüb.