...

Azərbaycanda ötən gün baş verən yol-nəqliyyat hadisələrində iki nəfər ölüb

Hadisə Materials 10 Mart 2012 12:53 (UTC +04:00)
Azərbaycanda ötən gün baş verən yol-nəqliyyat hadisələrində iki nəfər ölüb.
Azərbaycanda ötən gün baş verən yol-nəqliyyat hadisələrində iki nəfər ölüb

Azərbaycan, Bakı, 10 mart /Trend, müxbir M.Əliyev/

Azərbaycanda ötən gün baş verən yol-nəqliyyat hadisələrində iki nəfər ölüb.

Trend-in məlumatına görə, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən şənbə günü bildirilib.

Martın 9-da saat 19:05 radələrində Sumqayıt şəhəri ərazisində şəhər sakini İkram Məhərrəmov "VAZ-21074" markalı avtomaşını idarə edərkən 40-45 yaşlı kişini vurub. Nəticədə həmin kişi hadisə yerində ölüb.

Beyləqan şəhəri ərazisində isə ötən gün 19:00 radələrində Ağdam rayon sakini Elbrus İbrahimov "VAZ-21099" markalı avtomaşını idarə edərkən şəhər sakini Şölə Həsənovanı vurub, nəticədə piyada hadisə yerində ölüb.

Nərimanov rayonu ərazisində müəyyən edilməmiş avtomaşınla Bakı şəhər sakini 9 yaşlı Əziz Seyidov vurulub. Xəsarət almış piyadaya xəstəxanada tibbi yardım göstərildikdən sonra buraxılıb.

Xəbər lenti

Xəbər lenti