...

Ekologiya Nazirliyi: Bakının Nizami rayonunda baş verən sürüşmə prosesinin binalara heç bir təsiri yoxdur

Hadisə Materials 16 Mart 2012 14:02 (UTC +04:00)
Bakının Nizami rayonunda iki çoxmərtəbəli yaşayış binasının qarşısında torpaq çökməsi baş verib.
Ekologiya Nazirliyi: Bakının Nizami rayonunda baş verən sürüşmə prosesinin binalara heç bir təsiri yoxdur

Azərbaycan, Bakı, 16 mart /Trend, müxbir M.Əliyev/

Bakının Nizami rayonunda iki çoxmərtəbəli yaşayış binasının qarşısında torpaq çökməsi baş verib. Bunu cümə günü Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının baş mühəndisi Şaiq Niftiyev deyib.

Onun sözlərinə görə, Elşən Süleymanov küçəsində yeni tikilən iki 11 mərtəbəli bina və həmin binanın yanında 10 mərtəbəli binanın qarşısında istinad divarı çatlayıb. Buna səbəb divarın arxasında tökmə torpağın boşalması olub. İlkin təhlillər göstərir ki, kanalizasiya suları torpağın dərinliyinə kimi axıb və bu səbəbdən istinad divarı çatlayıb. Bunun evlərə heç bir təsiri yoxdur.

Niftiyev deyib ki, ümumilikdə Bakıda hazırda sürüşmə zonalarında vəziyyət stabildir.

Xəbər lenti

Xəbər lenti