Azərbaycan, Bakı, 19 mart /Trend, müxbir E.Mehdiyev/
Azərbaycanda dəm qazından bir nəfər ölüb, 6 nəfər isə zəhərlənib.
Daxili işlər nazirliyinin mətbuat xidmətindən bazar ertəsi Trend-ə verilən məlumata görə, martın 17-də Kəpəz rayonunun Avtozavod qəsəbə sakini Zibər Abbasova evində dəm qazından zəhərlənərək ölüb.
Martın 17-də Abşeron rayon sakinləri Fəxri Mədətov, onun arvadı Rəna və qızı 8 yaşlı Fəridə, Cəlilabad rayon sakini Taleh Əliyev, Sumqayıt şəhər sakinləri Nərgiz Nuriyeva və Göygöl rayon sakini Gülnarə Həsənova öz evlərindən dəm qazı və qidadan zəhərlənmə ilə xəstəxanalara gətiriliblər.