...

3 nəfər dəm qazından zəhərlənərək ölüb

Hadisə Materials 22 Mart 2012 13:00 (UTC +04:00)
Bakıda və Sumqayıtda 3 nəfər dəm qazından zəhərlənərək ölüb.
3 nəfər dəm qazından zəhərlənərək ölüb

Azərbaycan, Bakı, 22 mart /Trend/

Bakıda və Sumqayıtda 3 nəfər dəm qazından zəhərlənərək ölüb.

Trend-in Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən yaydığı məlumata görə, martın 21-də Xəzər rayonunun Buzovna qəsəbəsində yaşayan Günay Adıgözəlzadə, Binəqədi rayonunun Sulutəpə qəsəbə sakini Gülnarə Rüstəmova və Sumqayıt şəhər sakini Rəna Namazova dəm qazından zəhərlənərək ölüblər.

Həmçinin, martın 21-də Sumqayıt şəhər sakinləri Nərgiz Aslanova, Taleh Pənahov, Xuraman Süleymanova və Abşeron rayon sakini Nazilə Dostuyeva öz evlərindən dəm qazından zəhərlənmə ilə xəstəxanalara gətiriliblər.

Xəbər lenti

Xəbər lenti