Azərbaycan, Bakı, 23 mart /Trend/
Azərbaycanda ötən gün 4 nəfər dəm qazından zəhərlənmə ilə xəstəxanalara gətiriliblər.
Trend Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, martın 22-də Sumqayıt şəhər sakinləri Təranə Yusifova, Müslüm Tahirov, Təzə Kotec qəsəbə sakini Ülviyyə Əliyeva və Yardımlı rayon sakini Ləman Cəfərova mənzillərindən dəm qazından zəhərlənmə ilə xəstəxanalara gətiriliblər.
Bundan başqa, martın 22-də Gəncə şəhər sakini Tural Nuriyev evindən alkoqoldan zəhərlənmə ilə xəstəxanaya gətirilib.