Azərbaycan, Bakı, 14 aprel /Trend, müxbirlər R.Daraxşan, K.Zərbalıyeva/
Şamaxı rayonun ərazisində Mozdok-Qazıməmməd magistral qaz kəmərindəki yanğın söndürülüb. Bunu Trend-ə şənbə günü Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Şamaxı rayon idarəsindən bildirilib
Cümə axşamı axşam saatlarında Şamaxı rayonun ərazisindən keçən Mozdok-Qazıməmməd magistral qaz kəmərində güclü partlayış baş verib. Partlayış nəticəsində yanğın başlayıb.
Dövlət Yanğından Mühafizə Xidmətinin Şamaxı rayon idarəsindən Trend-ə bildirilib ki, hadisə nəticəsində insan tələfatı və xəsarət alan yoxdur.
Partlayışın səbəbləri hələ bilinmir.
Şamaxı rayon polis idarəsindən Trend-ə bilidirilib ki, partlayış qaz xəttinin Şamaxı şəhərindən Qızmeydan kəndinə aparan hissəsində baş verib. Hazırda qaz xəttinin vasitəsilə qazın verilməsi dayandırılıb.
Mozdok-Qazıməmməd magistral qaz kəməri 1983-cü ildə çəkilmişdir. Onun vasitəsilə təbii qaz Azərbaycandan Rusiyaya ötürülür.
Şamaxı rayonunda magistral qaz kəmərindəki yanğın söndürülüb, xəsarət alan yoxdur