...

Xaçmazda minik avtomobili qumluqda batıb

Hadisə Materials 21 Aprel 2012 10:21 (UTC +04:00)
Hadisə yerinə cəlb olunmuş xilasedicilər avtomobilin təhlükəsiz əraziyə çıxarılmasını təmin ediblər.
Xaçmazda minik avtomobili qumluqda batıb

Azərbaycan, Bakı, 21 aprel / Trend müxbir K.Zərbalıyeva/

Xaçmazda minik avtomobili qumluqda batıb.

Trend-in Fövqəladə Hallar Nazirliyinin rəsmi saaytına istinadən verdiyi məlumata görə, 112 qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Xaçmaz rayonu, İlxıçı kəndində vətəndaşa məxsus "VAZ" markalı minik avtomobili qumluq sahədə batıb.

Hadisə yerinə cəlb olunmuş xilasedicilər avtomobilin təhlükəsiz əraziyə çıxarılmasını təmin ediblər.

Xəbər lenti

Xəbər lenti