...

DİN və FHN Bakıda sərnişin avtobusunun ağır yol qəzası ilə bağlı məlumat yayıb

Hadisə Materials 21 Aprel 2012 12:25 (UTC +04:00)
Trend-in nazirliyin saytına istinadən verdiyi məlumata görə, aprelin 20-də saat 16.15 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində Bakı şəhər sakini Eldar Vahidov "Daewoo" markalı avtobusu idarə edərkən onu Naib Nəzərəliyevin idarə etdiyi "Ford" markalı avtomaşına, sonra isə qarşıda gedən Salyan rayon sakini Əhmədağa Cəbrayılovun idarə etdiyi "KamAZ" markalı avtomaşına vurub.
DİN və FHN Bakıda sərnişin avtobusunun ağır yol qəzası ilə bağlı məlumat yayıb

Azərbaycan, Bakı, 21 aprel / Trend müxbir K.Zərbalıyeva/

Daxili İşlər Nazirliyi Bakıda baş vermiş ağır yol qəzası ilə bağlı məlumat yayıb.

Trend-in nazirliyin saytına istinadən verdiyi məlumata görə, aprelin 20-də saat 16.15 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində Bakı şəhər sakini Eldar Vahidov "Daewoo" markalı avtobusu idarə edərkən onu Naib Nəzərəliyevin idarə etdiyi "Ford" markalı avtomaşına, sonra isə qarşıda gedən Salyan rayon sakini Əhmədağa Cəbrayılovun idarə etdiyi "KamAZ" markalı avtomaşına vurub.

Nəticədə, Vahidov və sərnişinlərindən Lizi Veroşpili hadisə yerində ölüb, xəsarət almış digər 15 nəfər sərnişinləri xəstəxanaya yerləşdirilib, vəziyyətləri orta-ağırdır.

Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumatda isə qeyd olunub ki, yol qəzası nəticəsində avtobusun sürücüsü - 1957-ci il təvəllüdlü Eldar Vahid oğlu Vahidov və sərnişini - 1961-ci il təvəllüdlü Veroşpili Lizi Sordonovna ölmüşlər. Hadisə yerinə cəlb olunmuş xilasedicilər müvafiq təhlükəsizlik tədbirləri görüblər.

Xəbər lenti

Xəbər lenti