...

Azərbaycanda avtomobil oğurlayan dəstə yaxalanıb

Hadisə Materials 23 Aprel 2012 11:39 (UTC +04:00)
Bakı şəhər Baş Polis İdarəsindən Trend-ə verilən məlumata görə, aprelin 19-na keçən gecə A.Mustafayev küçəsində yaşayan Qiyas Kərimova məxsus "VAZ-2107" markalı avtomobil qaçırılıb.
Azərbaycanda avtomobil oğurlayan dəstə yaxalanıb

Azərbaycan, Bakı, 23 aprel /Trend, müxbir E.Mehdiyev/

Azərbaycanda avtomobil oğurlayan dəstə yaxalanıb.

Bakı şəhər Baş Polis İdarəsindən Trend-ə verilən məlumata görə, aprelin 19-na keçən gecə A.Mustafayev küçəsində yaşayan Qiyas Kərimova məxsus "VAZ-2107" markalı avtomobil qaçırılıb.

DİN BCAİ, Nəsimi RPİ CAŞ və Xaçmaz RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avtomobil qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Emil Dadaşov və Davud Səmədov aprelin 22-də Xaçmaz rayonu ərazisində avtomobillə birlikdə saxlanılıblar.

Aşkar olunan avtomobilin üzərində olan dövlət nömrə nişanları aprelin 19-da keçən gecə İlkin Azayevə məxsus "Lada-Kalina" markalı avtomobildən oğurlanıb.

Araşdırma zamanı müəyyən edilib ki, onlar aprelin 11-də Cavadxan küçəsində Yadigar Şükürovanın 2 ədəd qızıl boyunbağısını qırıb "VAZ-2107" markalı avtomobillə qaçıblar.
Həmin avtomobilin üzərində isə martın 30-na keçən gecə Vaqif Aminova məxsus "VAZ-2104" markalı avtomobildən oğurlanmış dövlət nömrə nişanları olub. Bundan başqa onlar həmin avtomobildən maqnitofon və təkər də oğurlayıblar.

Xəbər lenti

Xəbər lenti