...

Fövqəladə Hallar Nazirliyi Lerikdə su bəndinin dağılması barədə rəsmi məlumat yayıb

Hadisə Materials 25 Aprel 2012 12:19 (UTC +04:00)
Trend-in FHN-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, nazirliyin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Lerik rayonu, Çayrud kəndində suvarma üçün nəzərdə tutulmuş süni sututarın bəndi dağılıb
Fövqəladə Hallar Nazirliyi Lerikdə su bəndinin dağılması barədə rəsmi məlumat yayıb

Azərbaycan, Bakı, 25 aprel /Trend, müxbir E.Mehdiyev/

Fövqəladə Hallar Nazirliyi Lerikdə su bəndinin dağılması barədə rəsmi məlumat yayıb.

Trend-in FHN-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Lerik rayonu, Çayrud kəndində suvarma üçün nəzərdə tutulmuş süni sututarın bəndi dağılıb.

Dərhal Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin müvafiq qüvvələri hadisə rayonuna cəlb olunmuşlar. Müəyyən olunub ki, təqribən, eni 35 m, uzunluğu 45 m, dərinliyi 5 m olan süni sututarın bəndinin dağılması nəticəsində ciddi fəsad yaranmayıb. Aidiyyəti qurumlar tərəfindən müvafiq araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti