...

Şamaxıda gənc qadın özünü gölə atmağa cəhd edib

Hadisə Materials 9 İyul 2012 19:00 (UTC +04:00)
Şamaxı rayonunda gənc qadın intihara cəhd edib.
Şamaxıda gənc qadın özünü gölə atmağa cəhd edib

Azərbaycan, Bakı, 9 iyul /Trend/

Şamaxı rayonunda gənc qadın intihara cəhd edib.

Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs özünü Şirvan gölünə atmağa cəhd edib.

Görülmüş tədbirlər nəticəsində intiharın qarşısı alınıb. Vətəndaş xilas olunaraq aidiyyəti üzrə təhvil verilib.

Xəbər lenti

Xəbər lenti