Azərbaycan, Bakı, 16 iyul / Trend müxbir K.Zərbalıyeva/
Qobustan həbsxanasında məhkum ölüb.
Qaradağ rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, Qobustan həbsxanasında cəza çəkən 1983-cü il təvəllüdlü Əliyev Ramil Murad oğlu dünyasını dəyişib.
Ölümün səbəbləri hələlik məlum deyil. Hadisənin baş vermə səbəbini müəyyən etmək üçün məhkəmə-tibb ekspertizası təyin olunub.
Əliyev Cinayət Məcəlləsinin oğurluq (177) və soyğunçuluq (180) maddələri ilə məhkum olunmuşdu.
Faktla bağlı araşdırma aparılır.