...

Suriya sərhədində baş verən atışma nəticəsində Türkiyə vətəndaşları yaralanıb

Hadisə Materials 19 Sentyabr 2012 17:11 (UTC +04:00)
Suriya-Türkiyə sərhədində "Azad Suriya Ordusu" və hökumət qoşunları arasında baş verən atışma nəticəsində üç Türkiyə vətəndaşı yaralanıb.
Suriya sərhədində baş verən atışma nəticəsində Türkiyə vətəndaşları yaralanıb

Azərbaycan, Bakı, 19 sentyabr /Trend, müxbir A.Tağıyeva/

Suriya-Türkiyə sərhədində "Azad Suriya Ordusu" və hökumət qoşunları arasında baş verən atışma nəticəsində üç Türkiyə vətəndaşı yaralanıb. Bu barədə Trend çərşənbə günü Türkiyə mətbuatına istinadən məlumat verir.

Yaralananlar arasında bir yaşlı körpə də var. Onlar yaxınlıqdakı xəstəxanaya yerləşdiriliblər. Şanlı Urfa əyalətinin Akçakale rayonunun rəhbəri Əbdülhakim Ayhan sakinləri zəruri ehtiyac olmadan evlərini tərk etməməyə çağırıb.

Bir az əvvəl məlumat verilirdi ki, "Azad Suriya Ordusu" Türkiyə ilə sərhəddə Təl-Abyad nəzarət-buraxılış məntəqəsini nəzarətə götürüb.

Xəbər lenti

Xəbər lenti