...

Azərbaycanın dövlət sərhədini pozan erməni əsilli Gürcüstan vətəndaşları saxlanılıblar

Hadisə Materials 25 Sentyabr 2012 13:29 (UTC +04:00)
Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsi istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində sentyabrın 23-də Ağstafa rayonu ərazisindəki Ağgöl gölündə 1 ədəd rezin və 1 ədəd dəmir qa­yıq­la dövlət sərhədini pozmuş 6 nəfər Gür­cüs­tan vətən­da­şı sərhəd pozucusu qis­min­­də saxlanılıblar.
Azərbaycanın dövlət sərhədini pozan erməni əsilli Gürcüstan vətəndaşları saxlanılıblar

Azərbaycan, Bakı, 25 sentyabr /Trend, müxbir K.Zərbalıyeva/

Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsi istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində sentyabrın 23-də Ağstafa rayonu ərazisindəki Ağgöl gölündə 1 ədəd rezin və 1 ədəd dəmir qa­yıq­la dövlət sərhədini pozmuş 6 nəfər Gür­cüs­tan vətən­da­şı sərhəd pozucusu qis­min­­də saxlanılıblar.

Trend-in Dövlət Sərhəd Xidmətinin rəsmi saytına istinadən verdiyi məlumata görə, ilkin araşdırma zamanı sərhəd pozucularının Gürcüstan vətəndaşları 1962-ci il tə­vəl­lüdlü Xixityaşvili Zurab Konstantinoviç, 1954-cü il təvəllüdlü Qoqilyadze Nodar Sergeyeviç, 1976-cı il təvəl­lüdlü Zabiyev Valeri Kiktaroviç, 1943-cü il təvəllüdlü Arzumov Edu­ard Martinoviç, 1948-ci il təvəllüdlü Lexandiyan Sergey Suri­ya­noviç və 1948-ci il təvəllüdlü Sar­kis­yan Mişa Haykoviç olduğu müəyyənləşdirilib.

Xəbər lenti

Xəbər lenti