Azərbaycan, Bakı, 6 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/
Ağdaşda iki gün öncə bıçaqlanmış rayon sakini xəstəxanada ölüb.
Rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, oktyabrın 4-də Ağdaşın Qolqəti kənd sakini Elçin Muradov qısqanclıq zəminində həmkəndlisi Rüstəm Muradova bıçaqla bir neçə xəsarət yetirib.
Məmmədov xəstəxanaya yerləşdirilib. Oktyabrın 5-də isə o, aldığı xəsarətlərdən dünyasını dəyişib.
Muradov şübhəli şəxs qismində saxlanılıb. Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin qəsdən adamöldürmə (120.1-ci) maddəsi ilə cinayət işi başlanıb.