...

İranda zəlzələ baş verib

Hadisə Materials 20 Oktyabr 2012 08:52 (UTC +04:00)
Bu gün İranın Şiraz şəhərində Rixter cədvəli üzrə 4,2 bal gücündə zəlzələ olub.
İranda zəlzələ baş verib

Azərbaycan, Bakı, 20 oktyabr /Trend, müxbir T.Cəfərov/

Bu gün İranın Şiraz şəhərində Rixter cədvəli üzrə 4,2 bal gücündə zəlzələ olub. Trend-in məlumatına görə, bu barədə İran televiziyasının rəsmi xəbər saytı "Iribnews" xəbər yayıb.

Yeraltı təkanlar yerli vaxtla saat 01:43-də qeydə alınıb. Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat yoxdur.

Qeyd edək ki, İran dünyada seysmik cəhətdən ən təhlükəli ölkələr sırasındadır. Alimlərin verdiyi məlumata görə, zəif zəlzələlər ölkədə, demək olar ki, hər gün baş verir.

Bu il avqustun 11-də İranın Şərqi Azərbaycan əyalətində 6,2 bal gücündə baş vermiş zəlzələ nəticəsində 300 nəfər ölmüş, 2500-ə yaxın adam xəsarət almışdı. Əyalətdə 538 kənddən 110-u qismən və ya tamamilə dağılıb. Son illər ərzində ən dağıdıcı hadisə 2003-cü ildə Bam şəhəri yaxınlığında zəlzələ olub. O zaman 26 mindən artıq insan həlak olmuş, bir neçə yüz min adam evsiz qalmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti