...

Daxili İşlər Nazirliyi: Azərbaycan vətəndaşının Ermənistanla sərhəddə itkin düşməsinə dumanlı hava səbəb olub (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 13 Noyabr 2012 12:38 (UTC +04:00)
Trend-in Ermənistan KİV-inə istinadən verdiyi məlumata görə, Ermənistan Müdafiə Nazirliyi Azərbaycanın Qazax rayonunun Məzəmli kənd sakini, 41 yaşlı Telman Cavanşir oğlu Əliyevin dünən səhər 07:45 radələrində Tavuş vilayəti istiqamətində sərhədi keçdiyini bildirib.
Daxili İşlər Nazirliyi: Azərbaycan vətəndaşının Ermənistanla sərhəddə itkin düşməsinə dumanlı hava səbəb olub (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 13 noyabr /Trend, müxbir K.Zərbalıyeva/

Daxili İşlər Nazirliyi Azərbaycan vətəndaşının Ermənistanla sərhəddə itkin düşməsi barədə məlumatı təsdiqləyib.

Daxili İşər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov Trend-ə bildirib ki, noyabrın 11-də Qazaxın Alpoud kənd sakini, 1972-ci il təvəllüdlü, lal-kar Telman Əliyev dumanlı havada Ermənistanla həmsərhəd ərazidə heyvan otararkən itkin düşüb.

Bu barədə polisə məlumat daxil olandan sonra araşdırma aparılıb və məlum olub ki, Əliyev dumanlı havada azaraq Ermənistan ərazisinə keçib.

Qeyd edək ki, Ermənistan KİV-lərinin məlumatına görə, Ermənistan Müdafiə Nazirliyi Azərbaycanın Qazax rayonunun 41 yaşlı sakini Telman Cavanşir oğlu Əliyevin dünən səhər 07:45 radələrində Tavuş vilayəti istiqamətində sərhədi keçdiyini bildirib.

İnsidentlə bağlı beynəlxalq təşkilatlar məlumatlandırılıb, hadisənin detalları araşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti