Azərbaycan, Bakı, 4 dekabr /Trend, müxbir K.Zərbalıyeva/
Qaxda qanunsuz ov edənlər məsuliyyətə cəlb olunub.
Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə,Qax rayon polis şöbəsinin əməkdaşları tərəfindən rayonunun Ləkit kəndi ərazisindəki meşə zolağında, rayon sakinləri Xəlilbəy Ramazanov, İlkin Vahidov və Aftandil Məmmədov 1 baş cüyürü ovladıqlarına görə barələrində İnzibati Xətalar Maddəsinin 111.2-ci maddəsi ilə inzibati protokol tərtib edilib.
"İJ" markalı ov tüfəngləri maddi sübutla birlikdə götürülərək Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsinə göndərilib.