Azərbaycan, Bakı, 8 yanvar /Trend, müxbir A.Tağıyeva/
"Türkiyə Hava Yolları" (THY) əlverişsiz hava şəraiti ilə əlaqədar bəzi daxili və xarici aviareysləri təxirə salıb. Bu barədə Trend çərşənbə axşamı THY-nin saytına istinadən məlumat verir.
THY ümumilikdə 102 reysi təxirə salıb.
Qeyd edək ki, "Türkiyə Hava Yolları" bazar ertəsi Məşhəd, Berlin, Əmman, Vyana, Beyrut, İslamabad, Kopenhagen, Milan, Buxarest şəhərləri istiqamətində bir sıra beynəlxalq aviareyslərin təxirə salındığını elan etmişdi.