Azərbaycan, Bakı, 15 yanvar /Trend, müxbir İ.İzzət/
Bakının Lökbatan qəsəbəsində 47 yaşlı kişi meyiti aşkar edilib.
Qarabağ rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, dünən səhər saat 8:00 radələrində qəsəbənin Massiv-1, keçid-1, ev 11 ünvanında yaşayan 1966-cı il təvəllüdlü Qafarov Şəmsi İsa oğlunun meyiti yaşadığı evin hamamında aşkar edilib.
Ölümün səbəbləri hələlik məlum deyil.
Faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanıb.