...

Bakıda zibildaşıyan maşın yerüstü piyada keçidinə çırpılıb (FOTO)

Hadisə Materials 16 Yanvar 2013 12:49 (UTC +04:00)
Bakıda zibildaşıyan maşın yerüstü piyada keçidinə çırpılıb. Bu barədə Trend-ə hadisənin şahidləri məlumat verib.
Bakıda zibildaşıyan maşın yerüstü piyada keçidinə çırpılıb (FOTO)

Azərbaycan, Bakı, 16 yanvar /Trend, müxbir İ.İzzət/

Bakıda zibildaşıyan maşın yerüstü piyada keçidinə çırpılıb. Bu barədə Trend-ə hadisənin şahidləri məlumat verib.

"Azeryolservis" ASC-dən Trend-ə məlumatı təsdiqləyiblər. Hadisə yanvarın 16-na keçən gecə paytaxtın Nobel prospektində baş verib.

Qəza nəticəsində piyada keçidinin pilləkənlərinin məhəccərlərinə, eləcə də mərmər və alkopan örtüyünün bir hissəsinə zərər dəyib.

Yol-nəqliyyat hadisəsi aidiyyəti Yol İstismar İdarəsi tərəfindən aktlaşdırılıb.

Hazırda dəymiş ziyanın məbləği müəyyənləşdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti